9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

"Borussiya" uduzdu, "Real" və "Atletiko"dan qələbə

UEFA Çempionlar Liqasında 1/4 final həyəcanı davam edir. Futbolxeber.az-ın məlumatına görə, bu gün keçirilən 3 matçla cari mərhələnin ilk oyunlarına yekun vurulub.
 
Günün ilk start fiti Dortmundda səslənib. Sözügedən şəhərdə baş vermiş partlayış səbəbindən bir gün sonraya təxirə salınan “Borussiya” – “Monako” matçı bu gün keçirilib. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
 
Bundan bir qədər sonra isə yenə diqqətlər Almaniyanın digər şəhərinə Münhenə yönəlib. Ölkəmizdə xeyli sayda azarkeşi olan “Real” səfərdə “Bavariya”nı  2:1 hesablı qələbə ilə üstələyib.
 
Bununla eyni vaxtda Madriddə də oyun keçirilib. “Atletiko” evdə son İngiltərə çempionu “Lester”i 1 cavasız qolla məğlub edib.
 
Çempionlar Liqası
1/4 final, ilk oyunlar
12 aprel
 
“Borussiya” (Dortmund, Almaniya) – “Monako” (Fransa) - 2:3
Qollar: Dembele, 57, Kaqava, 84 - Mbappe, 19, 79, Bender, 35 (öz qapısına)
Baş hakim: Daniele Orsato (İtaliya)
Dortmund, “Siqnal İduna Park”
 
“Bavariya” (Almaniya) – “Real” (İspaniya) - 1:2
Qollar: Vidal, 25 - Ronaldo, 47, 77
Qırmızı vərəqə: Xavi Martinez, 61 ("Bavariya")
Baş hakim: Nikola Ritsoli (İtaliya)
Münhen, “Alyans Arena”
 
“Atletiko” (İspaniya) – “Lester” (İngiltərə) - 1:0
Qol: Qrizman, 27 (pen.)
Baş hakim: Yonas Eriksson (İsveç)
Madrid, “Visente Kalderon” stadionu
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30