8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Xarici futbol

George Haci: “Türkiyə millisində oynasaydım, dünya çempionu olardıq:

Dünya və Rumıniya futbolunun məşhur simalarından olan George Haci mətbuata maraqlı açıqlamalar verib. Futbolxeber.az-ın məlumatına görə, “Sokrates” nəşrinə danışan “Qalatasaray”ın canlı əfsanəsi iddialı danışıb.
 
52 yaşlı keçmiş yarımmüdafiəçi 2002-ci ildə dünya çempionatında 3-cü yeri tutan Türkiyə millisində oynasaydı, bu yığmanı həmin vaxt çempion etmək qüdrətində olduğunu deyib. Haci jurnalistin "Türkiyə millisi birlikdə oynadığınız futbolçularla dünya çempionatında 3-cü yeri tutdu. Sizcə, Türkiyə futbolununun o dönəmdəki inkişafında nə qədər payınız var?" sualına belə cavab verib:
 
"Köməyimin nə dərəcədə olduğunu bilmirəm. Amma siyasi cavab vermək əvəzinə, birbaşa və açıq olaraq, bunu deyə bilərəm ki, Türkiyə millisində mən əskikdim. Mən olsaydım, Türkiyə 3-cü deyil, dünya çempionu olardı. Çünki mən buyam: üçüncülüklə birincilik arasındakı fərqi yaradan oyunçu".
 
Qeyd edək ki, vaxtilə “Real” və “Barselona” kimi məşhur klublarda da çıxış etmiş Rumıniya millisinin sabiq üzvü 1996-2001-cu illərdə “Qalatasaray”ın şərəfini qoruyub. O, Türkiyə nəhəngi ilə dəfələrlə ölkə çempionluğu və kuboku qazanmaqla yanaşı, UEFA Kuboku və UEFA Super Kubokunu da başı üzərinə qaldırıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30