29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

“Qalatasaray” Rikerinkə əvəzləyici axtarışında

Türkiyənin “Qalatasaray” klubu baş məşqçisi Yan Olde Rikerink istefaya göndərib.
 
Futbolxeber.az-ın məlumatına görə, bu barədə klubun ötən gün keçirilən iclasında qərar verilib. İstefaya səbəb komandanın cari mövsüm, xüsusilə də son oyunlarda qeyri-qənaətbəxş nəticələr göstərməsi olub.  Rəsmi qərarın bu gün açıqlanacağı deyilir. 
 
Yerli mətbuatda bildirilir ki, artıq İstanbul təmsilçisi yeni baş məşqçi üçün axtarışlara başlayıb. Bu post üçün ən çox adı hallanan yerli “Karabükspor” klubunun xorvatiyalı  baş məşqçisi İqor Tudordur. Bundan əlavə, “sarı-qırmızılar”ın sabiq məşqçiləri Hasan Şaş, Bülent Korkmaz və “Vest Hem”in çalışdırıcısı Slaven Biliç də gündəmdədir.
 
Qeyd edək ki, 53 yaşlı hollandiyalı 2016-cı ildə “Qalatasaray”a futbol akademiyası üçün gətirilsə də, sonradan əsas komandaya baş məşqçi təyin olunmuşdu. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31