9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

Stadionda Türkiyə bayrağı açan azarkeşə ömürlük cəza

İngiltərə Çempionşipində mübarizə aparan "Haddersfild" klubu "Lids"lə oyunda tribunada Türkiyə bayrağı açan azarkeşini cəzalandırıb. 
 
Futbolxeber.az-ın məlumatına görə, klub həmin azarkeşə ömürlük cəza verildiyini açıqlayıb. Qərara əsasən, adı açıqlanmayan həmin şəxs bir daha "Haddersfild"in oyunlarını stadiondan izləyə bilməyəcək.
 
Xatırladaq ki, fevralın 5-də baş tutan matçda Türkiyə bayrağının tribunada açılmasından sonra yerli və qonaq azarkeşlər arasında qalmaqal baş vermişdi. Çünki “Lids” azarkeşlərinin Türkiyə ilə xoş olmayan xatirəsi var. Belə ki, 2000-ci ilin aprel ayında UEFA kubokunun yarımfinal mərhələsinin “Qalatasaray” - “Lids” oyununu izləmək üçün İstanbula gələn iki ingilis fanatı düşən davada bıçaqlanaraq öldürülmüşdü.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30