29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Stadionda Türkiyə bayrağı açdı, tutuldu

Fevralın 5-də İngiltərənin aşağı liqası sayılan Çempionşipdə baş tutan "Haddersfild" - "Lids" matçında (2:1) qalmaqal yaşanıb. 
 
Futbolxeber.az-ın məlumatına görə, hadisəyə meydan sahiblərinin azarkeşlərindən birinin tribunada Türkiyə bayrağı açması səbəb olub. Bayrağı görən "Lids" fanatları tribunada gərginlik yaratmağa  başlayıblar. Həmin azarkeş stadiondan kənarlaşdıraraq plis tərəfindən saxlanılıb və bayrağı müsadirə edilib. 
 
Xatırladaq ki, “Lids” azarkeşlərinin Türkiyə ilə xoş olmayan xatirəsi var. Belə ki, 2000-ci ilin aprel ayında UEFA kubokunun yarımfinal mərhələsinin “Qalatasaray” - “Lids” oyununu izləmək üçün İstanbula gələn iki ingilis fanatı düşən davada bıçaqlanaraq öldürülmüşdü.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31