29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Qranatkin turnirində finalçılar müəyyənləşdi

Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 29-cu beynəlxalq turnirdə yarımfinal oyunları keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, millimizlə eyni qrupda yer alan Qazaxıstan Yunanıstanı 2:1 hesabı ilə məğlub edib. İkinci finalçı isə Rusiya millisi olub. Rusiya yığması Sankt-Peterburqdan üstün olub - 4:1.

Beləliklə, yanvarın 21-də keçiriləcək finalda Rusiya Qazaxıstanla, III yer uğrunda Yunanıstan Sankt-Peterburqla, V yer uğrunda Latviya Slovakiya ilə, VII yer uğrunda isə Sloveniya Bolqarıstanla üz-üzə gələcək.

Azərbaycan millisi isə IX yer uğrunda matça çıxacaq. Təbriz Həsənovun komandası yanvarın 20-də Belarusu sınağa çəkəcək.

Həmin gün XI yer uğrunda Moldova - Estoniya, XIII yer uğrunda Litva - İran, XV yer uğrunda da Tacikistan - Hindistan oyunu keçiriləcək.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31