8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Xarici futbol

“Qəbələ” ilə adı hallanan futbolçuya ağır cəza

Türkiyənin “Qalatasaray” klubu futbolçusu Yasin Öztəkini cəzalandırıb.
 
Futbolxeber.az-ın məlumatına görə, 128 min avro məbləğində cərimələnən 29 yaşlı yarımmüdafiəçi qeyri-müəyyən müddətə əsas heyətdən də kənarlaşdırılıb. Buna futolçunun intizamsız davranışları səbəb olub. 
 
Belə ki, Yasin Türkiyə kubokunun qrup mərhələsinin IV turu çərçivəsində “Tuzlaspor”la matçda qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoymuşdu. Oyunda birinci sarı vərəqəni aldıqdan sonra YAsinə ehtiyatlı davranması ilə bağlı mçəşqçilər tərəfindən tapşırıq gəlsə də, o buna əməl etməmişdi.
 
Xatırladaq ki, Yasin cari mövsümdə ikinci dəfə analoji halla üzləşib. O, daha öncə də oyundan çıxarılmasına sərt şəkildə etdiraz etdiyi üçün bir həftəlik əvəzedici komandaya göndərilmişdi.
 
Qeyd edək ki, Dortmund “Borussiya”sının (Almaniya) yetirməsi olan Yasin 2014-cü ildən “Qalatasaray”da çıxış edir. O, Türkiyə millisnin də üzvüdür. Bir neçə gün əvvəl onun təmsilçimiz “Qəbələ”dən təklif alması ilə bağlı xəbərlər yayılmışdı.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30