29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Topa başla vurmaq qadağan olunur

İngiltərə futbolu ilə bağlı yeni və maraqlı qərar verilmək üzrədir.
 
Futbolxeber.az-ın məlumatına görə, bu ölkədə topa başla vurmaq qadağan olunacaq. Bu iddianı İngiltərə Peşəkar Futbolçular Birliyi irəli sürüb. Sözügedən qurum 10 yaşadək futbolçuların oyun zamanı topa başla vurmasına qadağa qoyulmasını istəyir. Bu barədə qərarın yaxın günlərdə veriləcəyi gözlənilir.
 
Stirlinq Univeristetinin araşdırmasına görə, topa başla zərbə vurmaq qısa müddətli də olsa huş itkisinə səbəb olur. 
 
Qeyd edək ki, cari ilin yanvarından Amerika Birləşmiş Ştatlarında 12 yaşadək futbolçuların oyun və məşq zamanı topa başla zərbə vurması qadağan edilib. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31