9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

Lippi dünyanın ən yüksəködənişli məşqçisi oldu

Marçello Lippi Çin millisinin baş məşqçisi təyin edilib. Futbolxeber.az saytının məlumatına görə, 68 yaşlı mütəxəssisin bu ölkənin “Quançjou Everqrand” klubu ilə anlaşacağı gözlənilirdi. Lakin sonda italiyalı mütəxəssis Çin yığması ilə müqavilə imzalayıb.

Yeni iş yerində Lippi ildə 20 milyon avro qazanacaq. Bununla da o, dünyanın ən yüksəködənişli məşqçisi olub. Təcrübəli mütəxəssis ildə 17 milyon avro qazanan Xosep Qvardiola (“Mançester Siti”) və Joze Mourinyonu (“Mançester Yunayted”) qabaqlayıb.

Qeyd edək ki, Lippi daha əvvəl “Quançjou Everqrand”da çalışıb. Bu komanda ilə 3 dəfə ölkə çempionu olan italiyalı mütəxəssis, 2013-cü ildə Asiya Çempionlar Liqasının qalibi də olub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30