29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

“Fənərbaxça”nın keçmiş futbolçusu bıçaqlandı

Türkiyə millisi və “Fənərbaxça”nın sabiq üzvü Öndər Turacı bıçaqlanıb. Futbolxeber.az saytının məlumatına görə, xoşagəlməz olay Belçikanın Lyej şəhərində baş verib. 35 yaşlı futbolçuya bacısının keçmiş həyat yoldaşı ardaşı 2 bıçaq zərbəsi endirib.

Hazırda futbolçunun həyatı üçün heç bir təhlükə yoxdur. Öndər Turacının nümayəndəsi Doğan Ercan bu haqda məlumat verib: “Öndər bacısının keçmiş əri ilə mübahisə edib. Həmin şəxs onun bacısını təhqir edib. Öndər də buna biganə qala bilmədi. Nəticədə mübahisə zamanı futbolçu biri ayağından, biri qarın bölgəsindən olmaqla iki bıçaq zərbəsi alıb. Hazırda onun vəziyyəti yaxşıdır. Həyatı təhlükəsi yoxdur”.

Məsələyə futbolçunun özü də münasibət bildirib: “Bəxtsiz bir hadisə yaşadım. Ancaq qorxulacaq heç nə yoxdur. Yaxşıyam. Bu axşam xəstəxanadan çıxacağam”.

Qeyd edək ki, Belçikanın “Standard” klubunun yetirməsi olan Öndər Turacı 2004-10-cu illər aralarığında “Fənərbaxça”da forma geyib. Daha sonra isə “Kayserispor”, “Göztepe”, “Sarıyer”, “Şanlıurfaspor” və “Antalyaspor”da çıxış edib.

Türkiyə millisinin formasını 4 görüşdə geyən Turacı hazırda Belçikanın aşağı liqa təmsilçisi “Serainq Yunayted”də çıxış edir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31