8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Xarici futbol

Bakıda gümüş medal qazandı, “Mançester Siti” ilə 3 illik müqavilə imzaladı

İspaniyanın gənclər yığmasının üzvü Braim Dias “Mançester Siti” ilə peşəkar müqavilə imzalayıb. Futbolxeber.az saytının məlumatına görə, 17 yaşlı futbolçu 3 illik sözləşməyə imza atıb. Dias bir neçə gün əvvəl “Suonsi”yə qarşı baş tutan kubok oyununda (2:1) “Mançester Siti”nin əsas heyətində debüt edib.

“Mançester Siti”yə ötən il transfer olunan Dias mayda Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının ulduzlarından biri idi. Gənc futbolçunun şərəfini qoruduğu İspaniya yığması finalda Portuqaliyaya uduzmuşdu.

İspan futbolçu “Mançester Siti” ilə rəsmi müqavilə imzalamasını belə şərh edib: “Arzu reallığa çevrildi. İnanıram ki, uğurlarım bununla bitməyəcək. Qvardiola bildirdir ki, dayanmadan çalışmalıyam. Ürəkdən işləsəm, vaxtım gələcək. Bu sözləri baş məşqçidən eşitmək mənim üçün çox xoşdur”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30