28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

“Yuventus”un 3 futbolçusu “Kalyari”yə qarşı oynamayacaq

“A” seriyasının V turunda öz meydanında “Kalyari”ni qəbul edəcək “Yuventus” qarşıdakı oyuna itkilərlə çıxacaq. Futbolxeber.az saytının məlumatına görə, Turin klubunun 3 üzvü bugünkü matçda forma geyməyəcək. “İnter”lə görüşdə zədələnən Mehdi Benatiyanın müalicəsi hələ də davam edir. Mərakeşli müdafiəçi qarşıdakı günləri də həkim nəzarətində keçirəcək.

Sami Xedira məşqçilərin qərarına əsasən istirahət edəcək. Patris Evra isə dünənki məşqdə xəsarət alıb. 35 yaşlı futbolçu bu gün müayinədən keçəcək. Yalnız bundan sonra onun zədəsinin nə dərəcədə ciddi olduğu bilinəcək.

Əvəzində uzun fasilədən sonra Stefano Sturaro “Yuventus”un formasını geyə bilər. İtaliyalı yarımmüdafiəçi AVRO-2016-nın 1/4 finalında Almaniya ilə görüşdə zədələnmişdi.

Xatırladaq ki, sentyabrın 21-də keçiriləcək “Yuventus” - “Kalyari” görüşü Bakı vaxtı ilə 22:45-də start götürəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31