29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

“Qəbələ”nin rəqibləri: 3 oyun, 3 qələbə

"Qəbələ"nin Avroliqanın qrup mərhələsindəki rəqibləri “Anderlext”, “Sent Etyen” və “Maynts” ölkə çempionatında növbəti oyunlarını keçiriblər.

Futbolxeber.az saytının məlumatına görə, “Sent Etyen” Fransa çempionatının V turunda öz meydanında “Bastiya”nı qəbul edib. Hamoumanın 90+2-ci dəqiqədə vurduğu qol “Sent Etyen”ə 1:0 hesablı qələbə qazandırıb. 5 turdan sonra 8 xalı olan “Sent Etyen” 8-ci pillədə qərarlaşıb.

“Anderlext” Belçika çempionatının 7-ci turunda “Genk”in qonağı olub. Mbodji və Marbaouinin vurduğu qollar Brüssel klubuna 2:0 hesablı qələbə qazandırıb. Bu qələbə sayəsində xallarının sayını 15-ə çatdıran “Anderlext” turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

"Maynts" Bundesliqanın III turunda "Auqsburq"un qonağı olub. Matç "Maynts"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra xalını 4-ə yüksəldən “Maynts” turnir cədvəlində  9-cudur. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31