10 Iyun 2024, Bazar ertəsi
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də

Xarici futbol

Di Natale “Udineze”dən gedir: “Daha əsas qəhrəman deyiləm”

Antonio Di Natale mövsümün sonunda “Udineze”dən gedəcək. Futbolxeber.az saytının məlumatına görə, 38 yaşlı forvard özü bu haqda açıqlama verib. O, qeyd edib ki, 2004-cü ildən formasını geydiyi komandanı tərk etsə də, karyerasını hələ ki bitirmək fikrində deyil: “Torino”ya qarşı baş tutacaq görüşdə meydana çıxa biməyəcəyəm. Zədə səbəbindən artıq 2 aydır oynamıram. Lakin “Karpi” ilə oyuna qədər zədəmi bərpa edəcəyimi düşünürəm. Çünki həmin görüş mənim üçün xüsusi önəm daşıyır. Bu, “Friuli”də son qarşılaşmam olacaq. 12 əla il keçirdim. “Udineze”dəki karyeram filmə layiqdir. Amma mən daha əsas qəhrəman deyiləm. Başımı dik tutub gedirəm. Çünki özümü bütünlüklə komandaya həsr etdim. Uğurlarımla fəxr edirəm. Komanda yoldaşlarımın sayəsində xeyli rekorda imza atıb. Burada özümü evdəki kimi hiss etməyimdə kömək olan hər kəsə minnətdaram. Həyatımın ən yaxşı 12 ilini burada keçirdim. Meydanda etdiklərimlə qürur duyuram. “Udineze” hər şeydən önəmli olduğu üçün digər klubların təklifini daim geri çevirdim. Bu komanda məndən də vacibdir. Karyeramı hələ başa vurmuram. Hələ ki, bir işim yarımçıq qalıb. Meattsaya çatmaq istəyirəm”.

Qeyd edək ki, Di  Natale “Udineze”nin heyətində bütün turnirlərdə 439 matçda meydana çıxıb və 226 qol vurub. “A” seriyasında isə o, 208 dəfə fərqlənib. Antonionun rekordunu yeniləmək istədiyi Cüzeppe Meattsanın aktivində isə 216 qol var. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30