8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Xarici futbol

İstanbul derbisinin təxirə salınmasının təfərrüatı - İŞİD, “canlı bomba”....

Türkiyə superliqasının “Qalatasaray” - “Fənərbaxça” oyununun təxirə salınmasının təfərrüatı ortaya çıxıb. Futbolxeber.az saytının məlumatına görə, öncə matçın azarkeşsiz oynanılması, daha sonra isə başqa vaxta keçirilməsinə İŞİD terror təşkilatının planları səbəb olub.

Bildirilib ki, İŞİD-in Parisdə “Stad de Frans” stadionu yaxınlığındakı 7 müxtəlif yerdə gərçəkləşdirdiyi terror aktlarının bənzəri dünən İstanbulda da törədiləcəkmiş. Bildirilir ki, partlayışı oyundan sonra stadiondan çıxarkən azarkeşlərin arasına girən “canlı bomba”  həyata keçiriləcəkmiş.

Ciddi kəşfiyyat məlumatına əsasən, bundan sonra azarkeşlərə silahlardan atəş açılacaqmış.

Bildirilir ki, öncə İŞİD terroru İstanulda keçirilən Novruz bayramı ilə bağlı tədbirlərdə törətmək istəyib. Lakin sonradan planını dəyişərək istəyini insanların daha çox olduğu “Türk Telekom Arena” stadionunda gərçəkləşdirmək fikrinə düşüb. Bundan xəbər tutan Türkiyənin hüquq-mühafizə orqanları matçın təxirə salınmasını istəyib. Bu səbəbdən Türkiyə Futbol Federasiyası müvafiq qərar çıxarıb.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30