8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Xarici futbol

Bu gün FIFA prezidentliyinə seçkilər keçiriləcək

Bu gün Sürixdə FIFA-nın növbədənkənar konqresində quruma prezident seçkiləri keçiriləcək. Futbolxeber.az-ın məlumatına görə, ali futbol qurumunun prezidentliyi uğrunda 5 namizəd mübarizə aparacaq. Bunlar İordaniya şahzadəsi Əli bin Əl-Hüsseyn, UEFA-nın baş katibi Canni İnfantino, Asiya Futbol Konfederasiyasının prezidenti şeyx Salman bin İbrahim Əl-Xəlifə, FIFA-nın sabiq baş katibinin köməkçisi Jerom Şampan və cənubi afrikalı iş adamı Tokio Sevaledir.

FIFA-nın yeni prezidenti 4 il müddətinə seçiləcək. FIFA-nın üzvü olan 209 federasiyadan 207-si səsvermədə iştirak edəcək. Seçkinin ilk mərhələsində qalib olmaq üçün səslərin 2/3-ni toplamaq lazımdı. İkinci mərhələdə isə səslərin 50 faizindən daha artıq toplayan şəxs qalib olacaq.

AFFA-nı seçkirlərdə qurumun prezidenti Rövnəq Abdulayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov təmsil edəcək. AFFA seçkidə Canni İnfantinonu dəstəkləyəcəyini bəyan edib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30