8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Xarici futbol

Şevçenko: “Avro-2016-nın favoriti Ukrayna millisidi”

Ukrayna millisinin yeni məşqçisi Andrey Şevçenko təyinatı haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, veteran futbolçu deyib: “Ukrayna Futbol Federasiyasına və millinin baş məşqçisi Mixail Fomenkoya dəvətə görə minnətdaram. Yığmanın məşqçisi olmaq mənim üçün böyük şərəf və məsuliyyətdi. 4 illik fasilədən sonra yenidən futbola qayıtdım. Mənə göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm”.

“Avro-2016-nın favoriti qismində hansı komandanın adını çəkərdiz” sualını Şevçenko belə cavablandırıb: “Ukrayna millisinin. Bizim başqa cür düşünməyə haqqımız yoxdu. Oyunçularla da söhbət etmişəm. Onların üzlərindəki özünəinam ifadəsini görmək çox yaxşı haldı”.

Xatırladaq ki, Ukrayna millisi qitə birinciliyində Almaniya, Polşa və Şimali İrlandiya ilə bir qrupda yer alıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30