28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Rusiya millisinin baş məşqçisindən etiraz: “Buna yalnız bizdə fikir verirlər”

Rusiyanın U-17 millisinin baş məşqçisi Mixail Qalaktionov Qranatkin turnirinin ilk turunda Qazaxıstanı 5:0 hesabı ilə məğlub etdikləri oyundan danışıb. Futbolxeber.az-ın məlumatına görə, gənc məşqçi qarşılaşma haqda deyib: “Təəssüratlarım ikilidi. Bir tərəfdən nəticədən razıyam. Amma digər tərəfdən də topu özümüzdə daha çox saxlamaq istəsək də, bu, alınmadı. 3 xal qazanmağımız yaxşı oldu. Bayramlarda futbolçuları evə buraxmışdıq. Komanda oyundan öncə yalnız 1 məşq keçmişdi”.

“Siz çox gəncsiniz, bu məqam işinizə mane olmur” sualını rusların çalışdırıcısı belə cavablandırıb: “Yalnız Rusiyada buna fikir verirlər. Xorvatiya millisinin məşqçisi məndən də cavan idi. O, Avropa çempionatında komandasını yarımfinala daşıdı. Bütün Xorvatiya onunla fəxr edir. Əsas olan görülən işdi”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31