8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Xarici futbol

AVRO-2016-nın püşkü atıldı

Bu gün gələn il Fransada keçiriləcək Avropa çempionatının qrup mərhələsinin püşkü atılıb. Futbolxeber.az-ın məlumatına görə, mərasim Parisdə baş tutub. 24 komanda rəqibini tanıyıb. Avropa çempionatının iştirakçıları 4 səbətə bölünüblər. Birinci səbətdə 5, digərlərində isə 6 komanda yer alıb. Fransa meydan sahibi olduğundan, avtomatik olaraq “A” qrupunda ilk komandadır.

Püşk Türkiyə millisi üçün uğurlu alınmayıb. “Ay-ulduzlular” “ölüm qrupu”nda yer alıb.

Qrupların tərkibi aşağıdakı kimidir:

A qrupu: Fransa, Rumıniya, Albaniya, İsveçrə 

B qrupu: İngiltərə, Rusiya, Uels, Slovakiya

C qrupu: Almaniya, Ukrayna, Polşa, Şimali İrlandiya

D qrupu: İspaniya, Çexiya, Türkiyə, Xorvatiya

E qrupu: Belçika, İtaliya, İrlandiya, İsveç 

F qrupu: Portuqaliya, Avstriya, Macarıstan, İslandiya - Qeyd edək ki, qrup mərhələsində ilk 2 yeri tutanlar, eləcə də üçüncü yerin sahibi kimi ən yaxşı nəticə göstərən 4 komanda 1/8 finala adlayacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30