29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

“Biz yenidən əsl Balotellini görürük”

“Milan”ın baş məşqçisi komandasının üzvü Mario Balotellinin “Udineze” ilə görüşdəki çıxışını dəyərləndirib. Futbolxeber.az-ın məlumatına görə, serb mütəxəssis SuperMarionun əvvəlki formasını bərpa etdiyini bildirib: “Udineze” ilə oyunun ilk hissəsi əla alındı. Meydanda yalnız 1 komanda var idi. Fasilədə futbolçularıma dedim ki, görüş 45 yox, 90 dəqiqədən ibarətdir. Fasilədən sonra da əvvəlki kimi möhtəşəm oynamalıyıq. Lakin qapımızda qol gördükdən sonra futbolçularda həyəcan yarandı. Bu da birbaşa oyunumuza təsirini göstərdi. Balotelli oyunu əla keçirdi. O, topu özündə yaxşı saxlayır və bununla da rəqibi kobud oynamağa məcbur edirdi. Biz yenidən əsl Balotellini görürük. O, artıq rəqibin təxribatlarına uymur”.

Xatırladaq ki, “Udineze” - “Milan” görüşü qonaqlareın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı isə cərimə zərbəsindən vurduğu möhtəşəm qolla Mario Balotelli açıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31