29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

“Əlimdən gələni edəcəyəm ki, “Neftçi” ilə oyunda qələbə qazanaq”

“Çempionata hazırlıq plan üzrə gedir. Komandamız demək olar ki, komplektləşib. Son yoxlama oyunu bunu bir daha göstərdi”. Futbolxeber.az-ın məlumatına görə, bu fikirlər “Kəpəz”in futbolçusu Tərlan Quliyevə məxsusdur.

Premyer Liqanın startı ilə bağlı düşüncələrini klubun mətbuat xidmətinə bölüşən müdafiəçi bütün diqqətin ilk iki oyuna yönəldiyini bildirib: “Əsas start oyunlarıdı. İlk səfər və ev görüşlərində nəticə qazanmalıyıq. İnşallah, qarşımıza qoyduğumuz nəticəyə nail olarıq”.

“Kəpəz” Tərlan Quliyevi “Qarabağ”dan icarəyə götürüb. Quliyev Ağdam klubuna transfer olunana kimi çempionatın ilk turunda qarşılaşacaqları “Neftçi”nin formasını geyinib: “Düzdü, vaxtilə Bakı klubunun şərəfini qorumuşam. İndi isə “Kəpəz”dəyəm. Əlimdən gələni edəcəyəm ki, “Neftçi” ilə oyunda qələbə qazanaq. Rəqibin heyətində çox hörmət etdiyim məşqçilər və futbolçular çıxış edir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31