29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Şahin Diniyev: “Hazırlığımız çempionatda bizə yaxşı kömək edəcək”

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev başçılıq etdiyi komandanın 10 günlük Bakı toplanışını klubun mətbuat xidmətinə dəyərləndirib. Futbolxeber.az-ın məlumatına görə, Diniyev məşqlərlə yanaşı, yoxlama oyunlarına da toxunub. Təcrübəli məşqçi futbolçuların əməyini yüksək qiymətləndirib: “Təlim-məşq toplanışı boyunca uşaqlar vicdanla, məsuliyyətlə verilən bütün tapşırıqların öhdəsindən gəldilər. Maksimum şəkildə hazırlaşdıq. Fiziki işin təməlini qoyduq. Mənə elə gəlir ki, bu hazırlığımız çempionatda bizə yaxşı kömək edəcək. Bizi uzun marafon gözləyir. Komandaya güc, fiziki hazırlıq çox lazımdı. Uşaqlara əzmlə, səylə çalışdıqlarına görə minnətdaram. O ki, qaldı yoxlama oyunlarına, nəticə önəmli olmasa da, komandada qalib ruhu yaratmaq üçün belə matçlarda qələbə qazanmaq vacib idi. Qələbə qazanmasaq belə futbolçulardan razı qalacaqdım. Gördüyümüz fiziki hazırlığı yüksək qiymətləndirirəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31