29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

“Danışıqların fotosunu göstərməyənə qədər Arda “Barselona”ya keçdiyinə inanmırdı”

Arda Turanın meneceri Ahmet Bulut müştərisinin “Barselona”ya keçidi haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, o, təcrübəli futbolçunun ilk öncə Kataloniya klubuna transfer olunacağına inanmadığını bildirib: “2 ay əvvəl Ardaya zəng vurdum və dedim ki, danışmalıyıq. Bu xəbəri telefonda söyləyə bilməzdim. Ona görə də sürprizim olduğunu bildirdim. And verdim ki, bu xəbəri hələ ki valideynlərinə söyləməyəcək. Razılaşdıqdan sonra söylədim ki, “sən “Barselona”ya keçirsən. İlk əvvəl Arda dediklərinə inanmadı. 2 həftə sonra mən ona danışıqların fotosunu yolladım. Mən Parisə gedərkən hamı düşünürdü ki, Demba Banın PSJ-yə transferini reallaşdırmaq üçün Fransa paytaxtına yollanmışam. Lakin biz orada “Barselona” rəsmiləri ilə görüşdük və biz keçidi rəsmiləşdirdik. Daha sonra “Atletiko”nun sahibi və prezidentinin razılığını almaq üçün İbitsaya yollandım. Yekunda Arda Madriddə tibbi müayinədən keçdi. Bizdən transferi sirr saxlamağı istəmişdilər. Hətta Ardanın atası belə keçiddən sonda xəbər tutdu”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31