9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

La Liqanın bombardiri müəyyənləşdi: Ronaldo Messidən üstün oldu

İspaniya La Liqasında 2014/15 mövsümünün bombardirinin adı məlum olub. Futbolxeber.az-ın məlumatına görə, çempionatın ən sərrast futbolçusu Kriştianu Ronaldo olub. “Real”ın ulduzu 34 oyunda 48 qol vurub. “Barselona”lı Lionel Messinin aktivində isə 43 qol var. Özü də Ronaldodan fərqli olaraq, argentinalı forvard çempionatın bütün oyunlarında forma geyib.

Qeyd edək ki, bu dəqiqələrdə “Real” “Xetafe” ilə qarşılaşır. İlk yarıdan sonra hesab 3:3-dür. “Real”ın hər 3 oyuna qoluna Ronaldo imza atıb. İkinci hissədə portuqaliyalı futbolçu qollarının sayını da da artıra bilər. Lakin o, ikinci hissədə qol vurmasa belə, 48 dəfə fərqlənməklə rekorda imza atıb. Buna qədər Ronaldo La Liqada ən çox 2011/12 mövsümündə 46 qol vurmuşdu. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30