28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Lippi: “Real” - “Yuventus” cütünün taleyi Buffondan asılıdır”

“Yuventus”un sabiq baş məşqçisi, İtaliya futbolunun canlı əfsanəsi, 2006-cı ilin dünya çempionu Marçello Lippi Çempionlar Liqasının yarımfinal mərhələsində sabiq komandasının “Real”a qarşı keçirəcəyi oyun haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, Lippi cütün taleyinin Canluici Buffondan asılı olduğunu bildirib: “Bu, “Real” üçün heç də yaxşı mövsüm deyil. Çempionlar Liqasının finalı bu komanda üçün cari mövsümdə azarkeşləri sevindirmək üçün son şansdır. Amma “Yuventus” avrokuboklarda zəngin təcrübəyə malikdir. 90 min azarkeş qarşısında oynamaq çətindir. Bununla belə, “Qoca Sinyor”nın rəqibə zərbə endirəcək silahı var. Məncə, Buffonun oyunu cütün taleyini həll edəcək. Eləcə də “Yuventus”un orta xəttinin üzərinə çox yük düşəcək. Xüsusən də Vidaldan çox şey asılıdır. Poqba? Daha yaxşı olar ki meydana hazır futbolçular çıxsın. Hətta 70 dəqiqəlik olsa belə”. 

Xatırladaq ki, "Yuventus"u Çempionlar Liqasında sonuncu dəfə məhz Lippi çıxarıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31