29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Türkiyədə futbol dayandırıldı

Bu həftəsonu keçirilməsi nəzərdə tutulan Türkiyə superliqasında 27-ci turun oyunları bir həftəliyinə təxirə salınıb. Futbolxeber.az-ın məlumatına görə, bu barədə qərar Türkiyə Futbol Federasiyasının və klub rəhbərlərinin iştirakı ilə bu gün keçirilən zirvə toplantısında qəbul olunub.

Toplantıda Türkiyə millisinin baş məşqçisi Fatih Terim də iştirak edib. Superliqanın oyunlarının təxirə salınmasına səbəb ötən turda "Rizəspor" - "Fənərbaxça" matçından (1:5) sonra qonaq komandanı daşıyan avtobusun silahlı basqına məruz qalması səbəb olub.

Federasiya baş verən hadisədən sonra dünən "Fənərbaxça"nın kubokda "Mersin" və superliqada "Bursaspor"la keçirəcəyi görüşlərin təxirə salındığını açıqlayıb. Bu gün isə qarşıdakı həftələrdə superliqada və Türkiyə kubokunda analoji hadisənin bir daha təkrarlanması üçün görüləcək tədbirlər müzakirə olunub. Görüşün sonunda TFF superliqa oyunlarının bir həftəliyinə təxirə salındığını bəyan edib.

Mənbə: Qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31