29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

“Malaqa”nın qapıçısı və “Atletiko”nun hücumçusu sabiq “Bakı”lıları sevindirdi

Madriddə xeyriyyə oyunu baş tutub. Futbolxeber.az-ın məlumatına görə, “Champions for life” adı altında baş tutan oyunda İspaniyanın şimalı və cənubunu təmsil edən klubların üzvləri meydana çıxıblar. “Visente Kalderon”da keçirilən matçda Raul Qarsiya, Jimenez, Traore, Rakitiç, Haliloviç, Reyes kimi ulduzlar meydana çıxıblar. Şimalın baş məşqçisi Xose Antonio Kamaço, cənubluların baş məşqçisi isə “Bakı”nın sabiq çalışdırıcısı Milinko Pantiç olub. Pantiçin komandasında daha əvvəl “Bakı”da oynamış Ruben də çıxış edib. Matç Pantiçin komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabda 0:2 geri düşən cənublular əvvəlcə “Malaqa”nın qapıçısı Kameninin penaltidən vurduğu qolla fərqi minimuma endiriblər. Daha sonra isə icarə əsasında “Rayo Valekano”da çıxış edən, amma müqavilə ilə “Atletiko”ya məxsus olan Leo Baptistaonun dublu Pantiçin komandasında 3:2 hesablı qələbə qazandırıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31