29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Terim: “İstəsəydim Braziliya önünə fərqli heyət çıxarar və lazım olan nəticəni qazanardım”

Türkiyə millisinin baş məşqçisi Fatih Terim Türkiyəyə 0:4 hesabı ilə uduzduqları oyun barədə danışıb. Futbolxeber.az-ın məlumatına görə, Terim azarkeşlərdən narazılığını gizlətməyib: “Bu futbolçular bizim gələcəyimizdir. Uğur qazanmaq üçün onlar əllərindən gələni etdilər. Oyunun 15-ci dəqiqəsində artıq federasiya prezidenti və futbolçuların əleyhinə şüarlar səslənməyə başladı. Buna nə prezidentimiz, nə də futbolçularımız layiqdirlər. Neymarın, Villianın alqışlanmasını anlayıram, amma öz futbolçularımızı da alqışlamalıyıq. İstəsəydim meydana fərqli heyət çıxarar və lazım olan nəticəni qazanardım. Amma biz gələcəyimizi düşünürük. Hələ əvvəldən demişdim ki, Braziliya alınmasa, Argentinanı gətirək. Qoy, insanlar Messinin oyununu izləsin. Oyunumuzu gücləndirmək istəyiriksə, usta futbolçulara qarşı mübarizə aparıb, onlardan nəsə götürməliyik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31