9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

“Mən Çempionlar Liqasında qol vuranda Maurinyo tərcüməçi idi”

“Maribor”un meneceri Zlatko Zahoviç Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində “Çelsi”yə qarşı keçirəcəkləri oyun haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, sloveniyalı veteran futbolçu özünü Maurinyodan daha təcrübəli hesab etdiyini bildirib: “Çelsi” Çempionlar Liqasının favoritidir, razıyam. Amma Maurinyonun dünyanın ən yaxşı məşqçisi olduğu fikrini qəbul etmirəm. O, ən güclü yox, ən güclülərindən biridir. Maurinyonun ən güclü cəhəti insanları istədiyi kimi idarə etməsidir. Futbolda mənim təcrübəm Maurinyonun təcrübəsindən daha çoxdur. Uzun illər futbol oynamışam, indi də idman direktoru vəzifəsində çalışıram. Ola bilər ki, Maurinyodan fərqli olaraq məşqçi kimi çalışmamışam. Amma mən Çempionlar Liqasında qol vuranda, Maurinyo tərcüməçi idi”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30