8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

Messi yubiley qolunu vurub, tarixi rekorda 1 addım da yaxınlaşdı

La Liqanın 8-ci turu çərçivəsində “Barselona” “Eybar”ı 3:0 hesabı ilə məğlub edib. Futbolxeber.az-ın məlumatına görə, Kataloniya klubunun qollarından birinə Lionel Messi imza atıb. Bu, argentinalı forvardın İspaniya çempiontlarında vurduğu 250-ci qoldur. Bununla da Messi tarixi rekorda 1 addım da yaxınlaşıb. Belə ki, hazırda Messini La Liqanın tarixi ərzində ən yaxşı bombardir olan Telmo Sarradan cəmi 1 qol ayırır.  

Maraq üçün qeyd edək ki, Kriştianu Ronaldo La Liqanın ən yaxşı bombardirləri arasında hələlik 10-cudur. Hazırda portuqaliyalının aktivində 192 qol var. Lakin orta hesabla məhsuldarlığa görə Ronaldo Messini qabaqlayır. Belə ki, Ronaldo İspaniya Primerosunda hər oyunda orta hesabda 1,1, Messi isə 0,88 qol vurur. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30