9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

Batistuta: “Totti kimi futbolçu hər çempionatın bəzəyidir”

Argentina millisinin sabiq kapitanı Qabriel Batistuta keçmiş klubu “Fiorentina”nın “A” seriyasının beşinci turu çərçivəsində “Torino”ya qarşı keçirdiyi oyun (1:1) barədə danışıb. Futbolxeber.az-ın məlumatına görə, veteran futbolçu “Roma”nın kapitanı Françesko Totti haqda da fikirlərini açıqlayıb: “Yenidən Florensiyada olduğum üçün şadam. Bura hər zaman mənim evim olaraq qalacaq. “Torino” ilə oyunda “Fiorentina” 1 xaldan artığına layiq idi. Lakin indi mövsümün əvvəlidir. Narahatçılığa əsas görmürəm. O ki qaldı Tottiyə, ümid edirəm ki o, 40 yaşına kimi oynayacaq. Totti kimi futbolçu hər çempionatın bəzəyidir”.

Xatırladaq ki, Tottinin hazırda 38 yaşı var. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30