9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

7 qat Ukrayna çempionu qəzada dünyasını dəyişdi

Kiyev “Dinamo”sunun və Ukrayna millisinin sabiq üzvü Andrey Qusin faciəvi şəkildə dünyasını dəyişib. Futbolxeber.az-ın məlumatına görə, 41 yaşlı veteran futbolçu motosiklet qəzasında həyatını itirib. Qusin icazəsi olmadan motosikletlə “Çayka” avtodromuna daxil olub. Burada isə o, döngələrin birində idarəetməni itirərək, kənara “uçub”. Huşunu itirən Qusin daha sonra ayılmayıb.

Qeyd edək ki, uzun müddət Kiyev “Dinamo”sunda çıxış edən Qusin 7 qat Ukrayna çempionu, 4 qat kubokun qalibidir. 1999-cu ildə onun çıxış etdiyi Kiyev “Dinamo”su Çempionlar Liqasında yarımfinala kimi irəliləyib. 2007-ci ildə son olaraq çıxış etdiyi “Saturn”da məşqçiliyə başlayan Qusinin sonuncu iş yeri “Anji” olub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30