9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

Baş məşqçini klubun bazasına buraxmadılar

Moskva “Lokomotiv”inin baş məşqçisi Leonid Kuçuk xoşagəlməz halla üzləşib. Futbolxeber.az-ın məlumatına görə, 55 yaşlı mütəxəssisi bir qədər əvvəl klubun bazasına buraxmayıblar. Kuçuk komandanı növbəti məşqə çıxarmaq üçün bazaya üz tutsa da, qapını açmayan mühafizə xidmətinin əməkdaşı çalışdırıcıya yaxınlaşıb. Qısa söhbətdən sonra belaruslu məşqçi gəldiyi avtomobilə əyləşərək, geri dönüb.

Qeyd edək ki, dünən Kuçuk “Lokomotiv”in prezidenti Olqa Smorodskaya ilə görüşüb. Bu görüşdən sonra isə baş məşqçinin postundan uzaqlaşdırıldığı barədə xəbərlər yayılıb. Kuçukun meneceri isə bildirib ki, “Lokomotiv” müştərisi ilə yollarını ayıracağı halda 4 milyon avro təzminat ödəməlidir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30