29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

İlkay Gündoğan 13 aydan sonra meydana qayıdır

"Borussiya”nın yarımmüdafiəçisi İlkay Gündoğan zədəsi haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, 23 yaşlı futbolçu oktyabrda yenidən meydana çıxa biləcəyini qeyd edib: “Heç nədən qorxmuram. Gələcəkdə də əvvəlki kimi təkbətək mübarizələrdən çəkinməyəcəyəm. Yenidən zədələnmək ehtimalı məni qorxuda bilməz. Məşqlərdə bütün gücümlə çalışıram. Amma optimal formamı hələ ki yığa bilməmişəm. Hesab edirəm ki, oktyabrın əvvəli hazır olacağam. Baş məşqçi şans versə, “Anderlext”lə görüşdə meydana çıxa bilərəm”.

Qeyd edək ki, 23 yaşlı futbolçu belindəki zədəyə görə 13 aydır meydandan kənarda qalıb.

Əlavə edək ki, ÇL-in qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək “Anderlext” - “Borussiya” matçı oktyabrın 1-də baş tutacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31