Xarici futbol
Balotellinin ən məşhur sitatları
Avropada transfer pəncərəsinin bağlanmasına sayılı günlər qala “Liverpul” “Milan”ın və İtaliya millisinin hücumçusu Mario Balotellini heyətinə qatdı. Çoxları bu keçidi Avropada yay mövsümünün transfer bombası hesab edir. Amma SuperMarionun İngiltərəyə qayıdışını sevinclə qarşılamayanlar da var. Bu barədə fikirlər haçalanır. Onu axmaq hesab edənlər də var, dahi sayanlar da. Lakin hər iki tərəfin ümumi fikri belədir ki, İtaliya millisinin forvardı çox böyük istedada malikdir. Sadəcə olaraq, ərköyünlüyü ona potensialını tam açmağa imkan vermir. SuperMarionun etdiyi ağılsız hərəkətlər onu xeyli futbolsevərin gözündə alçaldıb. O da faktdır ki, planetin istənilən ölkəsində Balotellinin heyranlarının da sayı kifayət qədərdi. Bu dəfə nə Marionun karyerasından danışacağıq, nə də onun müsahibəsini sizlərə təqdim edəcəyik. 24 yaşlı hücumçunun yalnız açıqlamaları ilə sizləri tanış edəcəyik. Yox, o, “Liverpul”a keçidindən danışmayacaq. Yazının canı Balotellinin bu günə qədər səsləndirdiyi ən qeyri-adi fikirlərdi. Yəqin ki, bu açıqlamaların bir çoxunu daha əvvəllər haradasa oxumusunuz. İndi isə həmin qalmaqal yaradan açıqlamaları sizlərə biryerdə təqdim edirik.
* “Barselona”da çıxış etmək? Yox, mən qızlarla birgə oynamıram”.
* “Silvio Berluskoni deyir ki, İtaliyanın ən istedadlı futbolçusu Antonio Kassanodur. Berluskoni ya yalan danışır, ya da Mario Balotellinin mövcudluğundan xəbərsizdi”.
* “Bəli, Maurino dünyadakı ən yaxşı məşqçidir. Amma onun da öyrənməli olduğu məqamlar var. Joze ilk növbədə digərlərinə hörmətlə yanaşmağı öyrənməlidir”.
* “Mançini deyir ki, bəzən məni vurmaq istəyir? Xa-xa-xa. O, bunu bacarmaz. Çünki mən boksla da məşğul oluram”.
* “Dünyanın sonu gələndə Aleks Ferqyussonun yanında olmaq istəyirəm. Çünki onun üçün yaşama müddəti daha 2 dəqiqə artırılacaq”.
* “Dünyada məndən azacıq yaxşı olan yalnız bir futbolçu var. O da Lionel Messidir. Qalanları məndən geri qalır”.
* “Bir dəfə Kriştianu Ronaldoya yaxınlaşdım və dedim: “mən səndən daha yaxşı futbol oynayıram”.
* “Ueyn Runi yaxşı futbolçudu. Amma onu “Mançester Yunayted”in ən güclü oyunçusu adlandıranların ağlı yoxdu”.
* “İbrahimoviçlə müqayisə olunmaq komplimentdir. Təbii ki, onun üçün”.
* “Bir dəfə polis üstümü axtaranda cırıq cinsimin arxa cibində 5 min funt olduğunu gördü. Nəyə görə üstümdə bu qədər pul gəzdirdiyimlə maraqlandılar. Mən isə qısaca olaraq dedim: “Çünki mən zənginəm”.
* “Jurnalistlər həddini aşanda nə etmək lazımdı? Heç nə. Onları öldürmək”.
* “Meydanda məni hamıdan çox təxribata çəkən o idi. Görüşün baş hakimi”.
* “Mançester Siti” azarkeşləri mənim haqqımda mahnı oxuyanda qəlbimdə buna çox sevinirəm. Onlar narahat olmasınlar. Üzüm gülməyə bilər. Amma qəlbim buna sevinir”.
* “Mən öz evimi yandırmışam? Bu, yalandı. Birincisi, petardanı mən alovlandırmamışdım. İkincisi də ki evin yalnız ayaq yolusu və çardağı yanıb”.
* “Mən İngiltərəyə gələn gündən sizin qəzetiniz (“The Sun”-red.) mənim haqqımda yalnız pis şeylər yazıb. Odur ki, sizinlə danışmayacağam. Durun....”
* “Məni tanıyan insanlar, məni sevirlər. Məni tanımayan insanlar da elə məni sevirlər”.
* “Mən pis oğlan deyiləm, sadəcə utancağam”.
* “Vurduğum möhtəşəm qolların 2 səbəbi var. Birincisi, Tanrımın mənə verdiyi istedaddır. İkincisi isə məşqlərdə çəkdiyim əziyyət”.
* Qollarımı heç vaxt sevinclə qeyd etmirəm. Çünki bunda qeyri-adi heç nə görmürəm. Hücumçuyam və işim də elə qol vurmaqdı. Məgər, paçtalyon apardığı hər məktubdan sonra əl çalıb, oynayır?”
* “Çempionlar Liqasını qazanmağım üçün qapıda dayanmağım lazım gələcəksə, bunu da edərəm”.
* “Afrikalılar öz qardaşlarını heç vaxt təhqir etmilər, ləkələmirlər. Bu baxımdan onlar avropalılardan xeyli irəlidədirlər”.
* “Bir dəfə də bu cür iqrçi şüarlarla qarşılaşsam, dərhal meydanı tərk edəcəyəm. Hakimin qərarı və ya oyunun davam etməsi vecimə də olmayacaq”.
* AVRO 2012-nin yarımfinal matçında anam tribunada idi. Bu səbəbdən də ona 2 qol hədiyyə etdim. Atam finala gəlməliydi. Demişdim ki, gəlsə, ona da 4 qol hədiyyə edəcəyəm. Lakin o finala gəlmədi”.
* “Əgər, Kosta-Rikanı məğlub etsək, o zaman İngiltərə şahzadəsindən məni öpməsini istəyəcəyəm. Təbii ki, üzümdən”.
* “İmicim heç vaxt mətbuatda əslində kim olduğumu təsvir olunmayıb”.
* “Nədənsə ətrafımda xeyli ağılsız insan toplaşıb”.
* “Why always me?”- “Nəyə görə həmişə mən?”
“Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”