9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Xarici futbol

“Liverpul” çempionluq mübarizəsində “Mançester Siti”yə rəqib deyil”

“Mançester Siti”nin yarımmüdafiəçisi Samir Nəsri “Liverpul” haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, fransız futbolçu “Qırmızılar”ı çempionluq mübarizəsində rəqib qismində görmədiyini bəyan edib: “Liverpul” Luis Suaresi itirdi. Bundan başqa, Çempionlar Liqası da xeyli güc alır. Odur ki, “Liverpul”un işi bu il çox çətin olacaq. Halbuki yazda onlar yalnız 1 turnirdə mübarizə aparırdılar. Bu mövsüm “Liverpul” çempionluq mübarizəsində “Mançester Siti”yə rəqib deyil. Əsas rəqiblərimiz “Çelsi” və “Mançester Yunayted”dir”.

Nəsri bu 2 klub haqda da fikirlərini açıqlayıb: “Çelsi” Lempardın əvəzinə Fabreqası transfer etdi. Mən onu çox yaxşı tanıyıram. “Arsenal”da birgə çıxış etmişik. “Çelsi” hücumda da sıxıntı çəkirdi. Bu mövqeyə isə Dieqo Kosta alındı. “Mançester Yunayted”ə çox güclü məşqçi, eləcə də futbolçular cəlb olundu. Onlar bu il avrokuboklarda da iştirak etməyəcəklər. Bu isə üstünlükdür”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30