28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Bolqarıstan millisinin baş məşqçisi: "Azərbaycanla oyunda qələbə qazansaq..."

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da Bakıda millimizin qonağı olacaq Bolqarıstan yığmasının baş məşqçisi Lyuboslav Penev ötən gün mətbuat konfransı keçirib. Qol.Az-ın Bolqarıstan Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis seçmə mərhələyə qələbə ilə başlamaq istədiklərini bildirib:

"Komandada atmosfer əladır. Biz dünya səviyyəli komanda deyilik. Ancaq inkişaf etmək üçün çox çalışmalıyıq. Qarşımızda hər zaman yüksək hədəflər olub. Seçmə mərhələdə ən azı pley-off mərhələsində oynamalıyıq. Ötən seçmə mərhələlərdə əldən buraxdığımızı bu dəfə qazanmaq istəyirik.

Azərbaycan millisi yaxşı komandadır. Onları düzgün qiymətləndirməliyik. Əks təqdirdə bu, bizə problem yaradacaq. Seçmə mərhələyə qələbə ilə başlasaq, bu, doğum günümə əla hədiyyə olar. Hər bir komanda seçmə mərhələyə 3 xalla başlamaq istəyir. Azərbaycan yığması haqda kifayət qədər məlumatımız var, onları yaxşı təhlil etmişik. Rəqibin sabah Rusiya ilə yoldaşlıq görüşü var. Həmin matçı izləyəcəyik. Digər rəqiblərimiz Xorvatiya və Norveç görüşünü də araşdıracağıq. Qrupdakı rəqiblərimizi daha yaxşı öyrənmək üçün çox çalışacağıq".

Qeyd edək ki, Azərbaycan - Bolqarıstan oyunu sentyabrın 9-da, saat 21:00-da başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31