Xarici futbol
İngiltərə Premyer Liqasında yeni mövsüm nə vəd edir?
Ötən şənbə baş tutan “Mançester Yunayted” - “Suonsi” oyunu ilə İngiltərə Premyer Liqasında 2014/15 mövsümünə start verildi. Dünyanın ən maraqlı və gərgin çempionatından azarkeşlər yeni mövsümdə də çox şey gözləyirlər. Biz isə sizə Premyer Liqanın 2014/15 mövsümündə nə vəd etdiyi barədə danışacağıq.
ƏSAS FAVORİT “ÇELSİ”Dİ
Adətən Maurinyo üçün ikinci mövsümdə qurduğu komandalar uğurlu olur. Portuqaliyalı məşqçi komandasının güclü olduğunu bildirsə də, indidən çempionluq barədə danışmağın düzgün olmadığını qeyd edib. O, yayda istədiyi heyəti formalaşdıra bildi. Xüsusən də hücum planında. Artıq Jozenin sərəncamında “əsl hücumçu” deyə bildiyi oyunçu var. Özü də Maurinyo fasilə dövründə inadkarlıqla komandasının yalnız Avropada yoxlama oyunu keçirməli olduğunu deyirdi. Bununla o, komandasını mümkün yorğunçuluqdan qorumağa çalışırdı. Bir sözlə, yayda xeyli güclənən “Çelsi”, bu gün Premyer Liqanın ən əsas favoritidir.
“ÇELSİ”NİN ƏSAS FAVORİT OLDUĞU İLƏ RAZILAŞMAYAN 4 KOMANDA
“Mançester Siti”
Transfer pəncərəsində lazımi fəallığın göstərilməməsi “şəhərlilər”in 2012/13 mövsümündə çempion titulunu qoruya bilməməsi ilə nəticələnmişdi. Amma bu dəfə vəziyyət bir qədər fərqlidir. Düzdür, “Mançester Siti” rəhbərliyi bu yay Abramoviç kimi səxavətli olmadı. Amma əsas odur ki, komanda kiçik büdcəylə lazım olanı edə bildi. Heyətə mərkəz müdafiəçisi Manqalya və yarımmüdafiəçi Fernando cəlb olundu. “Portu”dan gələn müdafiəçi “Siti”nin ən problemli yeri olan arxa xəttin mərkəzini gücləndirməlidir.
“Mançester Yunayted”
Özü üçün uğurlu alınan DÇ-2014-dən sonra Lui Van Qal “Mançester Yunayted”ə də ötən günlərini qaytarmaq fikrindədir. Amma holland mütəxəssisin istifadə etdiyi 3-4-1-2 taktiki sxemi heç də birmənalı qarşılanmır. Bəziləri düşünür ki, “Qırmızı şeytanlar”ın yenidən 7-ci olması istisna deyil. Hətta “Vest Bromviç”, “Nyukasl”, “Sanderlend” kimi komandalar yenidən “Old Trafford”dan 3 xalla dönə bilərlər.
“Arsenal”
Ötən mövsümün böyük hissəsində lider olmasına baxmayaraq, “topçular” yekunda heç medalçılar sırasına da düşə bilmədilər. Komanda bu dəfə ötənilki səhvləri təkrarlamaq fikrində deyil. Mütəxəssislər düşünür ki, indi Vengerin sərəncamında son 5 ilin ən güclü heyəti var. Elə İngiltərə Superkuboku uğrunda matçda “Mançester Siti”nin darmadağın olması da, deyilənlərə əyani sübutdur.
“Liverpul”
Luis Suaresin gedişi böyük itkidir. Buna heç kimin şübhəsi yoxdur. Brendan Rodcers bildirir ki, onlar uruqvayın yoxluğunu kollektiv oyun sayəsində unutdura bilərlər. Baş məşqçi onu da iddia edir ki, Deyan Lovren müdafiənin lideri olacaq. Bu, ciddi məsələdir. Çünki Cimmi Karragerin yoxluğunu unutdura bilməsə, “Liverpul” çətin ki keçənilki nəticəsini təkrarlasın.
ÇEMPİONATIN 4 ƏSAS DEBÜTANTI
Aleksis Sançes
Artıq ikinci ildir ki, Arsen Venger heyətə ulduz futbolçu cəlb edir. Ötən il Özil “topçular”ın heyətinə qoşulmuşdusa, bu dəfə Aleksis Sançes Londona təşrif buyurdu. Sançeslə imzalanan müqavilə təkcə PUMA-nın istehsalı olan formaların satışını sürətləndirmir, həm də fransız mütəxəssisin taktiki planda işini rəngarəng edir. İlk başda çilili futbolçunun cinahda qərarlaşacağı şübhə doğurmur. Amma Vengerin “B” planı da hazırdı. Olivye Jirunu hücumda məhz Sançes əvəzləyə bilər.
Dieqo Kosta
Kosta İngiltərədəki karyerasına yaxşı başlayıb. Əvvəlcə ötən il ÇL-in yarımfinalında olanlara görə “Çelsi” azarkeşlərindən üzr istədi. Daha sonra isə yoxlama oyunlarında 4 qol vurdu. Geridə qalan müddətdə Maurinyo ondan tam razıdır. Portuqaliyalı mütəxəssis dəfələrlə vurğulayıb ki, Kosta məhz ötən il komandasında çatışmayan nöqtədir.
Sesk Fabreqas
3 illik Kataloniya karyerasından sonra ispan futbolçu yenidən Londona qayıtdı. Bu dəfə “Çelsi”yə. Düzdür, Sesk ünvanını, imicini dəyişib. Lakin oyun planında o, əvvəlki kimi güclüdür. Əgər, bu mövsümdə kimsə məhsuldar ötürmələr sayında lider olmağı planlaşdırırdısa, yaxşı olar ki Fabreqasdan sonrakı yeri tutmaq barədə düşünsün.
Remi Kabella
“Monpelye”nin prezidenti gənc futbolçu ilə vidalaşmağa tələsməsə də, Kabellanı bütün fransızların əvvəl-axır yollandığı çempionata göndərdi. “Nyukasl”ın baş məşqçisi Alan Pardyu iddia edir ki, Kabellanın oyunu azarkeşləri heyran edəcək. Təcrübəli mütəxəssis gənc istedadın komandaya gəlişini çox böyük sevinclə qarşılamışdı.
ÖTƏN İLLƏ MÜQAYİSƏDƏ DAHA YAXŞI EDƏCƏK 4 KOMANDA
“Nyukasl”
“Nyukasl”ın vəziyyəti elədir ki, komanda mövsümə pis başlasa, çempionatın gedişində pis günləri unutdurmaq çətin olacaq. Ötən mövsümün ikinci yarısında komanda çox bərbad təsir bağışladı. Buna baxmayaraq, rəhbərlik Pardyuya yenidən şans tanıdı. Özü də bu dəfə onun istədiyi demək olar ki, bütün futbolçular heyətə cəlb olundu. Rəhbərlik uğurlu çıxış üçün əlindən gələni edib. İndi söz komandadadır.
“Sanderlend”
“Sanderlend”in rəhbərliyi bir qədər qeyri-adi qərarları ilə seçilir. Onlar əvvəlcə Martin О’Nil kimi məşqçini karyerasında ilk dəfə olaraq qovdular. Daha sonra isə Di Kanionun nazıyla oynadılar. Lakin yekunda komandanı Premyer Liqada saxlayan Qustavo Poyet oldu. Uruqvaylı qısa zamanda komandanı toparlamaqla, ardıcıl sensasion qələbələrə “Sanderlend”in bu gün də Premyer Liqada çıxış etməsini təmin etdi. Çətin günlər artıq geridədi. İndi komanda daha yaxşı yerlər barədə düşünə bilər.
“Stok Siti”
Mark Hyuz əla komanda formalaşdırıb. Yoxlama oyunlarında qeydə alınan nəticələr də nikbin düşünməyə əsas verir. Komanda ötənilki əas heyət üzvlərinin hamısını qoruyub. Üstəlik, heyətə Bojan Krkiç kimi futbolçu da cəlb olunub.
“Tottenhem”
Ötən mövsüm komanda istədiyinə nail ola bilmədi. Yekunda da Tim Şervudla yollar ayrıldı. İndi London klubunun başında daha təcrübəli mütəxəssis - Maurisio Poçettino durur. Argentinalı taktiki cəhətdən çox güclüdür. Bunu hər birimiz çox gözəl bilirik. Mövsümün öncəsində də komanda pis təsir bağışlamadı. Poçettinonun rəhbərliyi altında hətta ötən mövsüm inamsız görünən Lamela və Soldado da hazırda ideal formadadır.
1 İLDƏN SONRA BU 4 FUTBOLÇUNU TOP-KLUBLAR ALACAQ
Vilfrid Boni (“Suonsi”)
“Mənim məqsədim “Suonsi”də mövsüm ərzində 20 qol vurmaq, Dünya çempionatında uğurla çıxış etmək və Çempionlar Liqasında oynamaqdır”. Bunu afrikalı futbolçu hələ yanvarda demişdi. O, “Suonsi”nin heyətində bütün turnirlərdə 26 qol vurdu və Fil Dişi Sahilinin DÇ-2014-dəki ən yaxşı bombardiri oldu. Deməli, gənc forvard ilk iki məqsədinə çatıb. Qalır ÇL-də oynamaq. Bunun üçün isə o, mütləq klubunu dəyişməlidir. “Suonsi”nin heyətində keçirəcəyi daha bir uğurlu mövsüm onun “nəhənglər”dən birinə transfer olunması üçün kifayət edəcək
Morqan Şnayderlin (“Sautgempton”)
Toni Pulas bu futbolçunu İngiltərə Premyer Liqasının ən fərqli yarımmüdafiəçisi adlandırmışdı. Həqiqətən də belədir. Amma Şneyderlinin potensialını tam ortaya qoyması üçün daha güclü kluba keçməsi şərtdi. Bu yay “Tottenhem” onu heyətinə cəlb etməyə çalışsa da, klub rəhbərləri qiymət məsələsində ortaq məxrəcə gələ bilmədilər. Amma onun gedişi zaman məsələsidir. Buna heç kimin zərrə qədər də şübhəsi yoxdu.
Ron Vlar (“Aston Villa”)
1 il əvvəl “Aston Villa”nın digər klublar tərəfindən ən çox istənilən futbolçusu Kristian Benteke idi. Belə təəssürat yaranmışdı ki, bu statusu heç kim belçikalının əlindən ala bilməz. Amma Vlar bunu bacardı. Bentekenin zədələnməsi, sağlam olanda isə ümidləri tam doğrultmaması Vları “Aston Villa”nın liderinə çevirdi. Özü də Bentekedən fərqli olaraq 1 ildən sonra Vlar azad agent statusu alacaq.
Asmir Beqoviç (“Stok Siti”)
Yəqin ki Co Hart olmasaydı, son iki mövsümdə İngiltərə Premyer Liqasında ən yaxşı qapıçı adına məhz Beqoviç layiq görülərdi. O, nə qədər inamlı və fədakar çıxış etsə də, komandasının liderlər sırasında olmaması, müdafiənin zəifliyi Beqoviçin statistikanı korlayır. Axı, tək əldən səs çıxmaz. Odur ki, növbəti mövsümdə Beqoviç Premyer Liqanın ən yaxşı qapıçısı adına iddia edə bilər.
MÖVSÜMÜN GEDİŞİNDƏ QOVULACAĞI EHTİMAL EDİLƏN 5 MƏŞQÇİ
Əslində Premyer Liqada istefalara mövsüm başlamamış start verilib. Belə ki, çempionatın startına 2 gün qalmış Toni Pulis “Kristal Pelas”ı tərk edib. O, transfer məsələlərində klub rəhbərliyi ilə razılıq əldə edə bilmədiyi üçün klubdan gedib. Hazırki heyətlə uğursuzluğa düçar olacağını bilən Pulis, qovulmaqdan özü getməyi üstün tutub. Amma elə məşqçilər var ki, onların qovulması zaman məsələsidir. Bunu biz yox, mütəxəssislər proqnozlaşdırır.
Alan Pardyu (“Nyukasl”)
2012-ci ildə Pardyu ilə 8 illik müqavilə imzalanması “Nyukasl”ın rəhbəri Nayk Eşlinin necə səbrli adam olduğunu göstərir. Lakin bir məsələ var ki, azarkeşlərin baş məşqçiylə münasibəti çoxdan korlanıb. Rəhbərliyin yayda transferlərə lazımı büdcə ayırması isə fanatlar üçün əla kozırdı. Əgər, gözlənilən nəticələr qeydə alınmasa, Pardyu hətta mövsümün ilk qovulan məşqçisi də ola bilər.
Alan İrvayn (“Vest Bromviç”)
Bukmeykerlərin favoriti İrvayndır. Bukmeykerlər məhz ilk baş məşqçi dəyişikliyinin “Vest Bromviç”da baş verəcəyini proqnozlaşdırırlar. Bunun səbəbləri aydındır: şotland buna qədər hansısa uğur qazanmayıb, Premyer Liqada sərbəst şəkilə çalışmaq təcrübəsinə malik deyil, klub və futbolçular qarşısında böyük nüfuza sahib deyil. Özü də klub rəhbərliyi ötən mövsüm 2 dəfə baş məşqçini qovub. Yəni bu, onlar üçün çətin iş deyil.
Pol Lambert (“Aston Villa”)
Bu məşqçi hələ ötən mövsümün sonunda qovulmalıydı. Lakin yayda klub prezidenti Rendi Lernerin başı kluba müştəri axtarmağa qarışdı. Axırda da nə müştəri tapıldı, nə komanda düz-əməlli gücləndi. Odur ki Lambertin də tezliklə qovulacağını iddia etsək, Amerika şərf etmiş olmarıq.
Sem Ellardays (“Vest Hem”)
Biq Semin özü də etiraf edib ki, mövsüm öncəsi rəhbərlik ona ultimatum verib: ya yaxşı oyna, ya get. Ellardays hələ ki getmək barədə düşünmür. Amma rəhbərlik onun korpusuna Teddi Şeringemi cəlb etməklə, artıq komandada baş məşqçi dəyişikliyinə sayılı günlər qaldığına işarə vurub. İndi sual budur ki, Ellardays postunda neçənci tura kimi duruş gətirə biləcək?
Qarri Monk (“Suonsi”)
“Suonsi” indi ÇL-ə vəsiqəyə iddia etmir. Amma rəhbərlik yaxın gələcəkdə Çempionşipə qayıtmaq barədə də düşünmür. Odur ki, belə bir təhlükə yaransa, ilk günahkar Monk elan olunacaq.
“Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”