8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Xarici futbol

Karlo Ançelotti rekorda imza atdı

“Real”la UEFA Superkubokuna sahib çıxan Karlo Ançelotti rekorda imza atıb. Futbolxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis avrokuboklarda ən çox kubok qazanan məşqçi adına sahib çıxıb. Buna qədər Ançelotti Aleks Ferqyusson və Covanni Trappattoni ilə birgə şərikli lider idi. Həm Ferqyusson, həm də Trappattoni 6 kubok qazanmışdısa, Ançelotti Superkubokda 7-ci dəfə uğur qazandı.

Qeyd edək ki, Ançelotti ilk uğuruna 1999-cu ildə nail olub. Həmin vaxt o, “Yuventus”la birgə İntertoto kubokuna sahib çıxıb. Amma karyerasındakı ən böyük uğurlara Ançelotti “Milan”da imza atıb. “Qırmızı-qaralar”la birgə 2 dəfə Çempionlar Liqasını qazanan Ançelotti, eyni sayda da UEFA Superkubokuna sahib çıxıb. Son 2 kuboku isə Ançelotti “Real”da qazanıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30