28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

“Tvente”dən “Qarabağ” azarkeşlərinə qadağa

Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan Hollandiyanın “Tvente” klubu öz meydanında keçirilən oyunlarla bağlı yeni qərar qəbul edib. Futbolxeber.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, Enshede təmsilçisinin ev oyunlarında azarkeşlərin arenaya daxil olması müəyyən şərtlərlə gerçəkləşəcək.

Belə ki, fanatlar stadiona noutbuk və planşet keçirə bilməzlər. Arenanın girişindən buraxılmaq üçün azarkeşlər bu qərara əməl etməli olacaqlar. Bunda məqsəd onların oyunlarını videoya çəkilməsinin qarşısını almaqdı. Bu qadağa qonaq komandaların, o cümlədən “Qarabağ”ın fanatlarına da şamil olunacaq.

Qeyd edək ki, “Tvente” eyni addımı atan İngiltərə “Mançester Yunayted”inin yolu ilə gedib. Britaniyalılar 150x100 mm və daha böyük ölçülərə malik bütün elektron qurğulara qadağa qoymuşdu. Mançester təmsilçisinin rəhbərliyi bu addımı azarkeşlərin bir-birinə mane ola bilməsi və qarşılaşmanı videoya çəkməsinin mümkünlüyü ilə izah etmişdi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31