8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

İnzagi: “Milan” ilk oyuna kimi 100 faiz hazır olacaq”

“Milan”ın baş məşqçisi Filippo İnzagi komandasının hazırlıq prosesini dəyərləndirib. Futbolxeber.az-ın məlumatına görə, SuperPippo “Milan”ın durumundan razı olduğunu qeyd edib: “Uğurlu məqam odur ki, zədələrdən qaça bildik. Halbuki komanda az məşq edib, çox oyun keçirəndə futbolçular bundan ziyan çəkirlər. Yaxşı ki, biz bu cür halla qarşılaşmadıq. Futbolçularımın gözündə qığılcım görürəm. Onlar döyüşə hazırdılar. Əminəm ki, “Milan” ilk oyuna kimi 100 faiz hazır olacaq. Klub rəhbərliyi heyətlə bağlı hansı fikirdə olduğumu bilir. Qalliani ilə bu barədə mütəmadi olaraq müzakirə aparırıq. Heyətimiz kifayət qədər güclüdür. Əgər, komandaya yeni futbolçu qoşulacaqsa, o, indikilərdən güclü olmalıdır. Amma bundan sonra heyətə yeni futbolçu cəlb etməsək belə, narazı qalmayacağam”.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30