28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

“İnter”in sabiq futbolçusu dünyasını dəyişdi

Məşhur belaruslu futbolçu Valentin Belkeviç dünyasını dəyişib. Futbolxeber.az-ın Sports.ru-ya istinadən verdiyi məlumata görə, o, 42 yaşında ürək çatışmazlığından vəfat edib.

Mərhum karyerası ərzində yalnız 3 klubun - Minsk “Dinamo”sunun, Kiyev “Dinamo”sunun və Bakı “İnter”inin heyətində çıxış edib.

2008-ci ildə “İnter”lə 1 illik müqavilə imzalayan Belkeviç, mövsümün gedişində məşqçilik lisenziyası aldıqdan sonra qarşılıqlı razılıq əsasında Bakı klubunu tərk edib. Futbolçu karyerasına son qoyaraq, məşqçiliyə başlayıb. Onun sonuncu iş yeri də Kiyev “Dinamo”sunun  əvəzedici heyəti olub.

Karyerası ərzində Belkeviç 4 dəfə Belarus, 7 dəfə Ukrayna çempionu olub. Ölkəsində 1 dəfə ilin (1995), 1 dəfə isə onilliyin ən yaxşı futbolçusu adına sahib çıxıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31