29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

“Çelsi”nin yarımmüdafiəçisi futboldan uzaqlaşıb, orduya yollana bilər

“Çelsi”nin yarımmüdafiəçisi Mohamed Salah futbolçu karyerasını müvəqqəti başa vura bilər. Futbolxeber.az-ın məlumatına görə, 22 yaşlı futbolçunun ordu sıralarına qoşulmaq ehtimalı var. Salah hərbiyə yollanmamaq və ölkədən kənarda legioner həyatı yaşamaq üçün Misirdəki institutların birinə daxil olmuşdu. Lakin bu günlərdə o, həmin institutdan uzaqlaşdırılıb. Bu səbəbdən də tezliklə misirli futbolçu ordu sıralarına çağırılacaq.

Qeyd edək ki, Misir qanunvericiliyinə görə əsgərlik müddəti 1-3 il arasıdır. Üstəlik həmin vaxt ölkəni tərk etmək olmaz.

Misir millisinin direktoru Əhməd Hassan qərara belə münasibət bildirib: “Salah bildirdi ki, bu qərardan şoka düşüb. O, ən yaxşı şəkildə ölkəsiniu Avropada təmsil etməyə çalışır. Qarşılığında isə belə münasibət görür”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31