29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Aleksandr Səmədov: “Buraxılan qola kimi yatmırdıq, çalışırdıq” (Müsahibə)

Rusiya millisinin üzvü Aleksandr Səmədov Cənubi Koreya ilə oyundan (1:1) sonra Sports.ru-nun əməkdaşı Kirill Blaqovun suallarını cavablandırıb. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Təbii ki, biz qələbə qazanmaq istəyirdik. Alınmadı. Amma buraxılan qola göstərdiyimiz reaksiya və çətin vəziyyətdə olmağımıza baxmayaraq, yenilgidən qaçmağımız yaxşı haldı.

- Nəyə görə buraxılan qola kimi komanda yatırdı?

- Biz yatmırdıq, çalışırdıq. Çox çətin idi. Yəqin ki, gərginlik öz sözünü dedi. Komanda açıq-aşkar həyəcanlanırdı.

- Demək olarmı ki, vəziyyət təcrübəli futbolçuların meydana çıxması ilə dəyişdi?

- Şübhəsiz, onların köməyi oldu. Kerjakov çox mühüm qol vurdu.

- Komandanın fiziki durumu necə təsir bağışladı?

- Hər şey normaldı. Bəlkə də rütubətin yüksək olması səbəbindən bir qədər özümü narahat hiss edirdik. Amma bu, bizim üçün bəhanə ola bilməz. Çünki 10 gündür ki, Braziliyada hazırlıq keçirik.

- Dünya çempionatındakı debütunuzdan razı qaldınız?

- Bəli, razıyam.

- Son hücumda matçın qəhrəmanı ola bilərdiniz. Nəyə görə zərbəniz qeyri-dəqiq alındı?

- Oyunun sonu idi, güc qalmamışdı. Təbii ki, topu saxlayıb, yerlə qapıya zərbə endirmək istəyirdim. Lakin alınmadı. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31