Xarici futbol
XX mundialın iştitakçıları: XORVATİYA
13 gündən sonra Braziliyada sayca XX dünya çempionatı start götürəcək. Futbolxeber.az saytı oxucuları mundial iştirakçıları ilə yaxından tanış edir. Bu dəfə Xorvatiya millisindən söhbət açacağıq.
TARİXƏ SƏYAHƏT
Xorvatiyada futbol XIX əsrin sonlarında yaranıb. Ölkənin ilk futbol klubları “PniSK” və “HASK” 1903-cü ildə təsis edilib. Hər iki klub paytaxt Zaqrebi təmsil edirdi. 3 ildən sonra bu komandalar ilk dəfə üz-üzə gəldilər. Bu oyun Xorvatiyada baş tutan ilk matç kimi tarixə düşüb. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Zaman keçdikcə ölkədə futbola maraq daha da artırdı. Daha sonra 1905-ci ildə “Slaviya”, 1906-cı ildə “Konkordiya”, 1907-ci ildə “Seqesta” və “Kroatsiya”, 1911-ci ildə “Hayduk” və “Qradjanski” klubları yaradılıb.
Xorvatiya yığması qeyri-rəsmi ilk oyununu 1907-ci ildə keçirib. Milli komanda Çexiyanın “Slaviya” klubu ilə ardıcıl iki oyun keçirib. 5 il sonra, 1912-ci ildə Xorvatiya Futbol İttifaqı yaradıldı. Həmin ildə ilk ölkə çempionatı keçirilib və Zaqrebin “XASK” klubu ilk Xorvatiya çempionu kimi tarixə düşüb.
İlk dünya müharibəsindən sonra Xorvatiya, Serbiya və Sloveniya futbol federasiyaları birləşərək vahid quruma - Yuqoslaviya Futbol İttifaqına daxil olublar. İttifaqın prezidenti isə “XASK” klubunun keçmiş prezidenti Xinko Vyurt seçilib. Xorvatiya klubları 1940-cı ilə kimi Yuqoslaviya çempionatında mübarizə aparıb.
1991-ci ildə Xorvatiya müstəqillik qazandı. 1 il əvvəl yaradılan Xorvatiya Futbol İttifaqı 1992-ci ildə həm UEFA-ya, həm də FİFA-ya üzv oldu.
Avro-1996-nın təsnifat mərhələsində inamlı təsir bağışlayan Xorvatiya yığması qitə birinciliyinin final mərhələsinə vəsiqə qazandı. D qrupunda 2 qələbə qazanıb, 1 dəfə uduzan xorvatlar qrup ikincisi kimi 1/4 finala yüksəldilər. Amma yarımfinala gedən yolda Xorvatiya gələcək çempion Almaniya qarşısında aciz qaldı.
Müstəqil Xorvatiya yığması tarixindəki ilk oyununu oktyabrın 17-də ABŞ-a qarşı keçirib. Paytaxt Zaqrebdə baş tutan görüş xorvatların 2:1 hesablı qələbəsiylə yekunlaşıb. 2006-cı ilin 7 oktyabrında Andorranın qapısından 7 cavabsız qol keçirən xorvatlar bununla da tarixi ərzindəki ən böyükhesablı qələbəsini qazanıb. 2009-cu ilin 9 sentyabrında İngiltərə millisi xorvatları 5:1 hesabı ilə darmadağın etdi ki, bu da Xorvatiya yığmasının tarixindəki ən ağır yenilgidir.
UĞURLAR
Xorvatiya millisi tarixi ərzindəki ən böyük uğurunu DÇ-1998-də qazanıb. Fransa baş tutan mundialın debütantı olan xorvatlar çoxlarını gözləmədiyi halda, turniri bürünc medalla başa vurdular. Bu, Xorvatiyanın böyük turnirlərdə qazandığı ilk və yeganə medaldı.
4 dəfə iştirak etdiyi Avropa çempionatlarında heç vaxt medalçılar sırasına düşməyən Xorvatiya yığması 2 dəfə 1/4 finala kimi irəliləyib. Lakin həm 1996, həm də 2008-ci illərdə komanda yarımfinal yolunda yenilgi acısı yaşayıb.
REKORDÇULAR
Xorvatiya millisinin heyətində ən çox oyun keçirən futbolçu Stipe Pletikoşadır. O, 1999-cu ildən bu günə kimi şərəfini qoruduğu yığmada 111 oyuna çıxıb. 2002-ci ildən millidə çıxış edən Dario Srnanın da aktivində 111 oyun var. 2001-ci ildən Xorvatiya millisində forma geyən Yospi Şimuniçin aktivində isə 105 oyun var.
Xorvatiya millisinin tarixindəki ən yaxşı bombardir Davor Şukerdi. 1990-2002-ci illər aralığında o, yığmada 45 dəfə fərqlənib. 2004-cü ildən Xorvatiya millisinin formasını geyən əslən braziliyalı olan Eduardo Da Silvanın aktivində 29 qol var. Dario Srna isə 21 dəfə fərqlənib.
MUNDİLLARDA
İlk dəfə DÇ-1998-ə qatılan Xorvatiya yığması H qrupunda yer alıb. Argentinadan geri qalmasına baxmayaraq, xorvatlar Yaponiya və Yamaykanı üstələyərək, 1/8 finala adlayıb. Bu mərhələdə Davor Şukerin penaltidən vurduğu qolla Rumıniyanı 1:0 hesabı ilə məğlub edən Xorvatiya, adını 1/4 finala yazdırıb. Bu mərhələ Almaniyanı üstələyən xorvatlar, yarımfinalda meydan sahibi və gələcək dünya çempionu Fransa qarşısında aciz qalıb. Üçüncü yer uğrunda Hollandiyanı məğlub edən Xorvatiya millisi mundialı bürünc medalla başa vurub.
4 il sonra baş tutan mundial Xorvatiyanın fiaskosu ilə nəticələnib. İtaliyanı məğlub etməsinə baxmayaraq, Ekvador və Meksika qarşısında aciz qalan xorvatlar İtaliya və Meksikanın ardından qrupu üçüncü yerdə tamamlayıb.
DÇ-2006-da da eyni hal yaşandı. Braziliyaya 0:1 hesabı ilə uduzan Xorvatiya millisi, Avstraliya (2:2) və Yaponiyayla (0:0) bərabərə qaldı. Cəmi 2 xal toplayan Xorvatiya yığması mundialla yenə qrup mərhələsində vidalaşdı.
Ötən mundialdan kənarda qalan Xorvatiya millisi Braziliyada tarixi ərzində dördüncü dəfə dördilliyin ən böyük turnirinə qatılacaq.
PÜŞK VƏ TƏQVİM
Əvvəldən dördüncü səbətdə yer alan Xorvatiya millisinin püşkdə bəxti gətirmədi. Komanda “A” qrupunda - meydan sahibləri Braziliya, Meksika və Kamerunla mübarizə aparacaq. Meydan sahibi Braziliya millisi nəinki bu qrupun, hətta turnirin əsas favoritlərindəndir. Meksika və Kamerun yığmalarını da hesabdan silmək olmaz. Mütəxəssislərin fikrincə, Braziliya millisi bu qrupun qalibi olacaq. İkinci yer uğrunda da məhz digər 3 komanda mübarizə aparacaq.
Xorvatiya millisi mundialdakı ilk oyununu meydan sahiblərinə qarşı keçirəcək. Braziliya - Xorvatiya matçı həm də dünya çempionatının açılışı olacaq. İyunun 12-də keçiriləcək qarşılaşma “Arena Korintians”da baş tutacaq. İkinci oyununda Xorvatiya millisi Kamerunla üz-üzə gələcək. Manaus şəhərindəki “Amazoniya” stadionunda keçiriləcək bu oyun 18 iyunda baş tutacaq. Qrupdakı son oyununda isə Xorvatiya millisi Meksikayla münasibətlərinə aydınlıq gətirəcək. Bu oyun iyunun 23-də baş tutacaq və “Arena Pernambuku”da keçiriləcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- “Neftçi”də maliyyə böhranı
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi
-
17:52
"Qızıl top" sahibinə nə vaxt qovuşacaq?
-
16:44
Azərbaycanın amputant millisi Yunanıstana qalib gəlib
-
16:38
Silvinyo: "Azərbaycan millisi bizi çətin vəziyyətə sala bilər"
-
15:19
Ayxan Quseynov "Turan Tovuz"la yeni müqavilə imzaladı
-
14:51
DÇ: Azərbaycan şahmatçısı vahid lider oldu
-
14:27
Azərbaycan - Albaniya: 19 manatdan 221 manatadək...
-
13:46
Azərbaycan paraüzgüçüləri Dünya Seriyasında iştirak edəcəklər
-
13:15
Azərbaycanla oyunu canlı izləyəcək
-
12:33
Həndbol millimiz Rusiyaya yollanıb
-
12:08
“Şamaxı”da daha bir ayrılıq