Xarici futbol
XX mundialın iştirakçıları: MEKSİKA
22 gündən sonra Braziliyada sayca XX dünya çempionatı start götürəcək. Futbolxeber.az saytı oxucuları mundial iştirakçıları ilə yaxından tanış edir. Bu dəfə Meksika millisindən söhbət açacağıq.
TARİXƏ SƏYAHƏT
Meksika millisi Mərkəzi və Şimali Amerikanın ən güclü komandalarından biri hesab olunur. Əvvəlki illərdə Şimali Amerikada keçirilən seçmə mərhələnin qalibləri birbaşa mundiala vəsiqə qazanırdı. Bu səbəbdən də Meksika yığması rahat şəkildə mundiala vəsiqə əldə edirdi. Amma rəqabətin zəif olması dünya çempionatında özünü qabarıq şəkildə biruzə verirdi. Meksika yığması seçmə mərhələdə inamlı təsir bağışlasa da, mundialda eyni şəkildə güclü rəqiblər qarşısında aciz qalırdı. Meksikada futbolun səviyyəsi ötən əsrin 80-ci illərindən yüksəlməyə başladı. Amma bugünkü gündə də Meskika futbolu regionda rəqabətin ciddi olmamasından əziyyət çəkir. Zəif rəqiblər üzərində qazanılan qələbələr komandanı inkişafdan geri salır.
Amma Meksika çempionatının səviyyəsi xeyli yüksəkdir. Hətta bu çempionata regionun ən bahalı birinciliyi adını da veriblər. Meksikalı futbolçuların əksəri də elə ölkə daxilində çıxış edir. Azərbaycanda olduğu kimi, Meksikada da nadir hallarda futbolçular ölkə xaricinə üz tuturlar. Amma ölkə yığmasını əksər hallarda əcnəbi mütəxəssislər çalışdırır. Bu baxımdan Bora Milutinoviç, Rikardo Lavolpe kimi məşqçilərin adlarını çəkmək olar.
Meksika millisi tarixindəki ilk oyununu 1923-cü il, yanvarın 1-də keçirib. Qvatemalada yerli komandaya baş tutan görüş meksikalıların 3:2 hesablı qələbəsi ilə başa çatdı. 1987-ci il, aprelin 28-də Baqamıya qarşı keçirilən oyun 13:0 hesabı ilə başa çatıb. Bu, Meksika yığmasının tarixindəki ən böyükhesablı qələbədir. 1961-ci ilin 10 mayında baş tutan görüş də Meksika yığmasının tarixinə düşüb. Belə ki, Londonda keçirilən İngiltərə - Meksika oyunu birincilərin 8:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, Meksika futbolunun tarixindəki ən ağır yenilgidir.
UĞURLAR
Meksika millisi bu günə kimi dünya çempionatında medal qazana bilməyib. Komanda ən yaxşı halda 1/4 finala kimi irəliləyib.
Ötən il Londonda keçirilən Olimpiya Oyunları Meksika millisi üçün uğurlu alınıb. Komanda tarixində ilk dəfə olaraq olimpiya oyunlarının qızıl medallarını qazanıb.
1999-cu ildə Şimali amerikalılar Konfederasiyalar Kubokuna sahib çıxıb. Ondan 4 il əvvəl isə meksikalılar həmin turnirin bürünc medallarını qazanıblar.
KONKAKAF kubokunda Meksika millisi 14 dəfə medalçılar sırasında yer alıb. Komanda 9 dəfə (1965, 1971, 1977, 1993, 1996, 1998, 2003, 2009, 2011) turnirin qalibi olub, 2 dəfə (1967, 2007) finalda məğlubiyyət acısı dadıb, daha 3 dəfə (1973, 1981, 1991) isə KONKAKAF kubokunu bürünc medalla başa vurub.
Amerika kubokunda isə Meksika yığması 5 dəfə medalçılar sırasında yer alıb. Komanda 1993 və 2001-ci illərdə gümüş, 1997, 1999 və 2007-ci illərdə isə bürünc medala sahib çıxıb.
MİLLİNİN REKORDÇULARI
Meksika milli komandasının tarixi ərzində ən çox oyun keçirən futbolçu Kaludio Suarezdir. 1992-2006-cı illər aralığında o, yığmada 178 matçda forma geyib. 1996-2009-cu illərdə komandada forma geymiş Pavel Pardonun aktivində 148 oyun var. Meksika millisində ən çox oyun keçirənlərin siyahısında ilk “üçlüy”ü Gerardo Torrado qapayır. O, 1999-cı ildən bu günə kimi dəvət aldığı yığmada 146 matça çıxıb.
Meksika millisinin heyətində ən çox qol vuran futbolçi Jared Borgettidir. O, 1997-2008-ci illər aralığında millidə 46 qol vurub. Kuauhtemok Blanko 15 il ərzində rəqib qapılarınadan 39, Karlos Hermosillo isə 1984-1997-ci illər aralığında 35 qol keçirib. Hermosillo kimi Havyer Hernandes və Luis Hernandesin də aktivində 35 qol var.
MEKSİKA MİLLİSİ MUNDİLLARDA
1930-cu ildə keçirilən ilk dünya çempionatına qatılan Meksika yığmasının debutu uğursuz alınıb. Komanda qrup mərhələsində keçirdiyi hər 3 oyunu yenilgi ilə başa vurub. Növbəti 2 mundialdan kənarda qalan şimali amerikalılar 1950-1966-cı illər aralığında keçirilən 5 dünya çempionatının beşində də iştirak edib. Amma bütün hallarda komanda mübarizəni elə qrup mərhələsində dayandırıb.
1970-ci ildə dünya çempionatına Meksika ev sahibliyi edib. Komanda həmin turnirdə tarixində ilk dəfə olaraq mundialda 1/4 finala kimi irəliləməyi bacarıb. 1974 və 1982-ci illərdə keçirilən dünya çempionatlarından kənarda qalan meksikalılar, 1978-də də turnirlə qrup mərhələsində vidalaşıb.
1986-cı ildə Meskika yenidən mundiala ev sahibliyi edib. Bu dəfə də komanda yenə “doğma divarlar” amilindən yararlanaraq, ən güclü 8 komanda sırasına yüksəlib.
1994-cü ildən etibarən isə Meksika növbəti 5 mundialın hamısında 1/8 finala kimi irəliləyib. Ümumilikdə komanda dünya çempionatları tarixində 40 matça çıxıb. Bu oyunların 12-də qələbə qazanıb. 13-də heç-heçə edən meksikalılar 24 oyunda da meydanı məğlub qismində tərk edib. Komanda 52 qol vurduğu halda, öz qapısında 89 qol görüb.
PÜŞK VƏ TƏQVİM
Püşkatmadan öncə Meksika millisi üçüncü səbətdə yer alırdı. Amma püşk zamanı bəxt meksikalıların üzünə gülmədi. Komanda ev sahibi Braziliya, həmçinin Xorvatiya və Kamerunla bir qrupda yer alıb. Rəqiblərin güclü olması şübhə doğurmur. Bu qrupdan ikinci yeri tutmaq Meksika millisi üçün heç də asan olmayacaq.
Turnirdəki ilk oyununu Meksika Kameruna qarşı keçirəcək. Afrikalılarla matç iyunun 13-də, “Arena das Dunas”da baş tutacaq. İyunun 17-də isə Meksika meydan sahibləri ilə üz-üzə gələcək. Braziliyaya qarşı keçiriləcək oyun 65 min tamaşaçı tutumuna malik olan “Kastelan”da reallaşacaq. Qrupdakı son oyunda isə Meksika millisi xorvatlarla üz-üzə gələcək. İyunun 23-də keçirilcək Xorvatiya - Meksika matçına “Arena Pernambuku” ev sahibliyi edəcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”