8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

“Mançester Yunayted” Giqqzə görə Van Qalla razılığa gələ bilmir

“Mançester Yunayted” klubu ilə Hollandiya millisinin baş məşqçisi Lui Van Qal arasında aparılan danışıqlar yarımçıq dayandırıla bilər. Futbolxeber.az-ın “The Independent”ə istinadən verdiyi məlumata görə, holland mütəxəssis klub rəhbərliyi ilə 1 məsələdə heç cür razılaşa bilmir. Belə ki, “Mançester Yunayted” rəsmiləri hazırda komandanın müvəqqəti baş məşqçisi təyin olunan Rayan Giqqzin Van Qalın məşqçilər korpusunda yer almasını tələb edirlər. Lakin holland mütəxəssis bununla qətiyyən razılaşmır. Van Qal bildirir ki, öz köməkçiləri var və əlavə məşqçiyə ehtiyac duymur. Hələlik danışıqların necə yekunlaşacağı bəlli deyil.

Xatırladaq ki, daha əvvəl Van Qalın əsas köməkçisinin Patrik Kluyvert olacağı bildirilirdi.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30