29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Ançelotti Beyli ehtiyatda saxlamaq istəsə də, Peres buna imkan vermədi

Bu gün Çempionlar Liqasının 1/2 final mərhələsinin cavab görüşü çərçivəsində baş tutacaq “Bavariya” - “Real” matçından öncə İspaniya mətbuatı olduqca maraqlı xəbər yayıb. Futbolxeber.az-ın məlumatına görə, “El Pais” iddia edir ki, “Kral klubu”nun baş məşqçisi Karlo Ançelotti Qaret Beyli ehtiyat oyunçular skamyasında saxlamaq istəsə də, klub prezidenti Florentino Peres buna imkan verməyib.

İtaliyalı mütəxəssis meydana 4-4-2 taktiki sxemi ilə çıxmağı, orta xətdə Di Mariya, Kazemiro, Modriç, Alonso, hücumda isə Ronaldo və Benzema tandeminə şans verməyi planlaşdırıb. Bundan xəbər tutan Peres isə Ançelottiyə ultimatum verib - Beyl mütləq start heyətində ter almalıdır!

Xatırladaq ki, bu komandalar arasında Madriddə baş tutan ilk matçda ehtiyatda qalan Beyl, 73-cü dəqiqədə Kriştianu Ronaldonun əvəzinə meydana daxil olmuşdu. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31