9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

“Rubin”in futbolçusundan şok açıqlama: “Bəzi oyunlarımızın nəticəsi əvvəldən bəlli olurdu"

“Rubin” sabiq futbolçusu Yorgen Yalland şok açıqlamalar verib. Futbolxeber.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 2005-2006 mövsümündə Kazan klubunun şərəfini qoruyan norveçli yarımmüdafiəçi “Rubin”in heyətində bir çox danışılmış oyunlarda iştirak etdiyini bildirib: “Meydana çıxarkən nəticəsi əvvəldən bəlli olan oyunlarımız çox olub. Start fiti səslənərkən artıq nəticə məlum olurdu. Necə çıxış etməyin heç bir önəmi yox idi. Bir dəfə səfərdə oynayırdıq. Rəqibimiz turnir cədvəlində bizdən yuxarıda idi. Bu səbəbdən də matç gərgin alınmalıydı. Amma bunun əvəzinə oyunun əvvəlində hesabı açdıq, daha sonra mənasız penalti qazandıq və yekunda da 5:1 hesablı qələbə qazandıq. Oyundan sonra paltardəyişmə otağında ab-hava tam fərqli idi. Hər kəs susurdu, sakitçilik idi. Halbuki həmin oyunu öz zəhmətimizlə qazansaydıq, vəziyyət fərqli olardı. Legionerlərdən biri mənə danışırdı ki, bir oyundan öncə məşqçi ona “cərimə meydançasına asma et, hər şey yaxşı olacaq” deyib. O, iki dəfə topu cərimə meydançasına göndərib və hər iki halda da komanda penalti vurmaq hüququ qazanıb. Bir dəfə Qafqazda oynayırdıq. Oyundan öncə oteldə dincəlirdik. Kapitan və vitse-kapitan gəldi. Əllərində xeyli dollar var idi. Dedilər ki, biz bu gün yerli komandanı mütləq qəbul etməliyik. Bu pulu başqa bir komanda göndərib. Yekunda qalib gəldik. İlk dəqiqələrdən meydanda olanlara həmin puldan 7 min, mənim kimi ehtiyatda qalanlara isə 4 min dollar çatdı”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30