29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Dənizli: “Qalatasaray” yaxşı oyun sərgiləmir"

“Mövcud şərtləri nəzərə alsaq, “Beşiktaş”ın əldə etdiyi nəticələr pis deyil. Daha yaxşı ola bilərdimi? Bəli, ola bilərdi”. Bu sözləri apasport.az saytına “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli deyib.
 
“Beşiktaş” cari mövsümdə Türkiyə Superliqasında geridə qalan 26 turdan sonra 50 xal toplayaraq, 2-ci sırada yer alıb. “Ağ-qaralar”ın baş məşqçisi Slaven Biliç bu göstərici ilə Samet Aybaba, Karlos Karvalhal ve Bernd Şuster dönəmlərini kölgədə qoymağı bacarıb.
 
Xorvatiyalı mütəxəssis əldə etdiyi uğurla yalnız bir çalışdırıcıdan – hazırda “Xəzər Lənkəran”ın baş məşqçisi olan Mustafa Dənizlidən geri qalır.
 
"Qara Qartallar" ötən mövsüm 26 turdan sonra Aybaba dönəmində 43, 2011-2012-də portuqaliyalı Karvalhal ilə 46, 2010-2011-də almaniyalı Şusterin rəhbərliyi altında 39 xal toplaya bilmişdi. “Beşiktaş”ın 2009-2010 mövsümündə çalışdıran Dənizli isə 26-cı həftədə 52 xal yığmışdı.
 
Dənizlinin fikrincə, son bir neçə mövsümlə müqayisədə nəticələr yaxşı olsa da, “Beşikatş” çempionluq yarışında geri qalıb: “Beşiktaş” çempion olması üçün bundan sonra bütün matçlarını qazanıb, “Fənərbaxça”nın xal itirməsinə ümid etməlidir. Bu, asandırmı? Məncə, yox”.
 
Mustafa bəyin daha bir sabiq komandası - “Qalatasaray”ın da işləri yaxşı getmir. “Sarı-qırmızılılar” Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra baş məşqçi Roberto Mançininin üzərində böyük təzyiq var. Dənizlinin fikrincə, problem təkcə İstanbul təmsilçisinin uduzmağı ilə bağlı deyil: “Qalatasaray” Çempionlar Liqasında mübarizəni dayandıra, uduza bilər. Bunlar olan şeylərdir. “Qalatasaray” yaxşı oyun sərgiləmir, əsas problem budur. Komanda öz potensialından aşağı çıxış edir”.
 
Qeyd edək ki, Dənizli çalışdırdığı hər üç İstanbul nəhəngi ilə ölkə çempionu olan yeganə mütəxəssisdir. O, 1988-ci ildə “Qalatasaray”, 2001-də “Fənərbaxça”, 2009-cu ildə isə “Beşiktaş”la Superliqanın qalibi olub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31